Gülnarə Kərimova həbs edildi

Özbəkistanın mərhum prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın həbs edildiyi açıqlanıb.
 
Özbəkistan Baş Prokurorluğu Gülnarə Kərimovanın 2015-ci ildə baş verən cinayət səbəbilə nəzarətə alındığını, ancaq haqqında daha çox ittihamların olduğunu ifadə edib.
Qeyd edək ki, Gülnarə Kərimovanın atası İslam Kərimov 1991-2016-cı illərdə Özbəkistanın prezidenti olub.
Gülnarə Kərimova isə daim yerli və xarici medianın gündəmindən düşməyib./teleqraf.com