Gülnarə Kərimova bir vaxtlar əmr verdiyi Mirzioyevdən ƏFV DİLƏYİR

Baxış sayı:
3181

Özbəkistanın mərhum prezidentinin böyük qızı Gülnarə Karimova prezident Şavkat Mirzioyevə əfv müraciəti edib. Karimova korrupsiya ittihamları ilə həbsdədir.
 
Qızının iyunun 23-də Instagram-da yerləşdirdiyi bəyanatda Karimova “üzr” istəyir, “yaratmış olduğu hər hansı məyusluğa görə” peşmançılıq bildirir.
 
Karimova səhhətində yaranmış problemə görə əməliyyata ehtiyacı olduğunu yazır.
 
Onun iddiasına görə, ona məxsus 1,2 milyard dollarlıq aktiv Özbəkistana qaytarılıb və “indi respublika büdcəsinə fayda verməyə çalışır”.
 
Karimova yazır ki, vəkillərinə xaricdəki bank hesablarında saxlanan 686 milyon dollara hüquqi iddiasını dayandırmağı tapşırıb.
 
Bu bəyanatdan bir həftə öncə Karimovanın isveçrəli vəkili Qreqoire Manqeat onun səhhəti ilə bağlı xəbərdarlıq edib.
 
Vaxtilə atası Islam Karimovun mümkün varisi sayılan Karimovanın adı İsveç və İsveçrədə çirkli pulyuma təhqiqatlarında hallandırılıb. Karimova Özbəkistanda maliyyə cinayətlərində təqsirli bilinib.
 
O, 2014-cü ildə, hələ atası hakimiyyətdə ikən ölkədə ev dustağı edilib. Karimov 2016-cı ildə vəfat edincə Mirziyoev vəzifəyə keçib.
 
2017-ci ilin dekabrında 10 il həbsə məhkum edilən Karimovanın cəzası bir neçə ay sonra ev dustaqlığına dəyişdirilib, beş ilə salınıb.
 
Martın əvvəlində isə Özbəkistan Baş Prokurorluğu bildirib ki, Daşkənd məhkəməsi Karimovanın ev dustaqlığının şərtlərini pozduğunu aşkarlayıb, onu yenidən həbsə göndərib.