​Gülnarə Kərimova azadlıqdadır?

Baxış sayı:
2710

Özbəkistanın keçmiş prezidenti İslam Kərimovun barəsində cinayət işi qaldırılan qızı Gülnarə Kərimova evə buraxılıb.
Bu barədə “Fərqanə” informasiya agentliyi məlumat yayıb.
Sabiq prezidentin nəvəsi İman Kərimova anasının evə buraxılması haqda öz bloqunda yazıb. Onun dediklərindən belə məlum olur ki, G.Kərimova məhkəmənin qərarı ilə ev dustaqlığına buraxılıb.
Özbəkistan Baş Prokurorluğunun nümayəndəsi isə RİA agentliyinə açıqlamasında sabiq prezidentin qızının məhkəmənin hökmünə uyğun olaraq cəzasını çəkdiyini bildirib.
"Fərqanə" informasiya agentliyinin diqqətini çəkən məqamlardan biri də İman Kərimovanın Instagram hesabında Daşkənddən Londona yola düşməsi haqda yazdığı məlumat olub.
İman və İslam Kərimovlar Gülnarə Kərimovanın uşaqlarıdır. İslam Kərimov son bir neçə il ərzində Londonda yaşayır, onu Özbəkistana buraxmırlar. O, hətta yanvarda Böyük Britaniyadan siyasi sığınacaq istəyib.
Qeyd edək ki, Özbəkistanın ilk prezidentinin qızı Gülnarə Kərimovaya 2015-ci ildə 5 il müddətinə həbs cəzası kəsilib.