​Gülən Türkiyə ilə bağlı ŞOK TƏLİMAT VERDİ

FƏTÖ-nün ABŞ-da fəaliyyət göstərən qurumu Dayton Türk-Amerika Cəmiyyəti üzvlərindən ABŞ konqresinin üzvlərinə məktub göndərmələrini və Türkiyəni şikayət etmələrini tələb edib.
Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfərindən öncə FƏTÖ-nün ABŞ-da fəaliyyət göstərən bir sıra qurumları skandala imza atıb. Cəmiyyət üzvlərinə ünvanlanmış müraciətdə Türkiyədə referendumdan sonrakı vəziyyətin daha da pisləşməsi və Trampla Ərdoğanın görüşündən narahatlıq dilə gətirilib.
Türk-Amerika Cəmiyyətinin müraciətində ABŞ prezidenti Donlad Trampı bu mövzuda xəbərdar etmək və Türkiyənin Suriyada ABŞ-ın dostu olan kürdləri vurması barədə məlumatlandırmağın vacib olduğu iddia edilir(publika.az).