​“Gülməlisiniz, mən olmasam kimdən ilhamlanarsınız?” - Səmradan həmkarlarına

Baxış sayı:
181

Sonuncu dəfə “Armas” klipi ilə gündəmə gələn müğənni Səmra Rəhimli sosial media hesabında həmkarlarına söz atıb.
Sənətçi İnstaqram “Story”də klipindəki obrazının maskasını paylaşaraq, onu kopyalayanların da cavabını verib:
“Bu maskanı anam öz əlləri ilə tikib, heç yerdən alınmayıb. Necə ki, bir çox geyimlərimi və klipdəki aksessuarları özü düzəldir. İndi gedin, görüm obrazlarımı birinci kim təkrarlayacaq? Çox gülməlisiz, mən olmasam kimə baxıb, ilham alardınız? Yaxşı ki, Səmra var, bu şou-biznesə rəng qatır, fil qulağında yatanları isə oyadıb”./Unikal

“Gülməlisiniz, mən olmasam kimdən ilhamlanarsınız?” -Səmradan həmkarlarına