​Gülben Ergen xəstəxanalıq oldu

Baxış sayı:
4270

Bir müddət öncə “İnfilak” adlı mahnısı ilə gündəm yaradan müğənni Gülben Ergendən sevənlərinə üzücü xəbər gəlib. Gülben gərgin məşqlərdən sonra yaranan çətinlikləri qaldıra bilməyib. Nəticədə səhhəti pisləşənn Ergen xəstəxanalıq olub. Müğənninin özü bu barədə açıqlama yayıb: “Hər xəstəlik bədənin səsidir. Uzun müddətdir elə danışmamışdım. Nəticələr yaxşı çıxıb. Sadəcə sistem qoşublar. İsitrahət etdim və daha yaxşıyam. Məni axtaran hər kəsə təşəkkür edirəm”.