Güclü qar Şəmkir - Gədəbəy yolunda çətinlik yaratdı - FOTO

Baxış sayı:
706

Yağan güclü qar nəticəsində Şəmkir - Gədəbəy yolu, xüsusən də Yasamal aşırımlarında maşınların hərəkətində çətinlik yaranıb. 

Bunu DİN Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib.

"Sürücülərdən xahiş olunur ki, bu yoldan maksimum az istifadə etsinlər. İstifadə edərkən də, təhlükəsizlik qaydalarına əməl etsinlər", - deyə qurum rəsmisi qeyd edib.