“Güclü ordumuz olmasaydı, bizi bölgədə yaşamağa qoymazdılar” - ƏRDOĞAN

“Güclü ordumuz olmasaydı, bizi bölgədə yaşamağa qoymazdılar”.
Muxalifət.az xəbər verir ki, bunu ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan 2016-cı il iyulun 15-dəki dövlət çevirlişinə uğursuz cəhddən sonra Milli Müdafiə Universitetinin Quru qoşunları məktəbinin zabitliyə namizədlərinin ilk buraxılış tədbirindəki çıxşında bildirib.
“İraqın sərhədlərimizlə qonşu ərazilərində terrorçulara çox ciddi zərbələr vururuq. Bu gün Türkiyə olaraq əməliyyat keçirmək qabiliyyəti və təcrübə baxımından dünyanın ən güclü bir neçə ordusundan birinə sahibik. 24 saat 365 gün fasiləsiz olaraq, əməliyyat keçirə biləcək güclü bir ordumuz olmasaydı, bizi bu yerlərdə bir gün yaşamağa qoymazdılar.
Başqa dövlətlər öz təhlükəsizliklərini başqa qurum və dövlətlərə həvalə edə bilir. Türkiyə olaraq, bizim belə bir şansımız yoxdur.
Suriya böhranı zamanı bir daha gördük ki, başımıza bəla gəlsə, öz qardaşlarımızdan başqa əlini uzadacaq bir cəmiyyət yoxdur. Dost və qardaş cəmiyyətlərin də təəssüf ki, bizə dəstək verəcək gücü olmadığını bilirik. Ona görə “öz göbəyimiz özümü kəsməliyik”. Türkiyə Silahlı Qüvvələrini bütün baxımdan böyüdüb, gücləndirmək məcburiyətindəyik, – deyə Rəcəb Tayyib Ərdoğan vurğulayıb./reprot/