Güclü külək İsmayıllıya ciddi ziyan vurdu - ETSN

Baxış sayı:
4804

Güclü külək İsmayıllıda meşə ağaclarına ziyan vurub. Muxalifet.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ETSN-in mətbuat katibi İradə İbrahimova bildirib. Onun sözlərinə görə, mayın 19-da İsmayıllı rayonunda baş vermiş küclü külək nəticəsində meşə sahəsinin ərazisində 100-dən artıq ağac kökündən çıxaraq aşıb, bəziləri isə sınıb: “Oduncaq itkisinə yol verməmək və qəzalı ağaclardan səmərəli istifadə etmək məqsədilə hazırda ağacların uçotu aparılır”. Qeyd edək ki, Milli Hidrometeorologiya Departamenti mayın 19-u axşamdan 20-si səhərədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, rayonlarda, bəzi yerlərdə leysan xarakterli intensiv yağış yağacağı, dolu düşəcəyi, ayrı-ayrı yerlərdə güclü qərb küləyi əsəcəyi barədə xəbərdarlıq edib.