​Güclü külək hasarı aşırdı, SAKİNLƏR QAZSIZ QALDI - Bilgəhdə yaranmış problem hələ də aradan qaldırılmayıb

Baxış sayı:
5696

Dünən Bilgəh qəsəbəsində, 142 saylı orta məktəbin yanında güclü külək evlərdən birinin hasarını uçurub. Hurriyyet.org xəbər verir ki, hadisə nəticəsində divarın önündə olan qaz borusu sıradan çıxıb. Bu səbəbdən dünən axşam saatlarından etibarən evlərdə qaz kəsilib. Sakinlərin sözlərinə görə, dəfələrlə "Azəriqaz"a müraciət etsələr də, hələ gəlib borunu təmir etməyiblər. Hurriyyet.org