Guardian: “İsrail Aya minlərlə su ayısı aparıb” – Susuz-havasız yaşaya bilən qeyri-adi canlılar - VİDEO

Baxış sayı:
1174

Muxalifet.az xəbər verir ki, İngiltərədə dərc edilən “Qardian” (“Guardian”) qəzeti İsrailin Ayda qəzaya uğramış “Bereşit” (“Beresheet”) kosmik aparatında minlərlə su ayısının olduğunu yazıb.
ABŞ-da fəaliyyət göstərən “Arch Mission Foundation” təşkilatı su ayılarını “Breşit” aparatına yükləyib. Təşkilatın məqsədi dünyada yaşamaq mümkün olmadığı zaman məskən salmağın mümkün olacağı başqa bir səma cismi meydana çıxarmaqdır. Dünyanın ən davamlı canlısı hesab edukən su ayılarının (Tardigrad), kosmos şəraitində belə sağ qala biləcəyi iddia edilir. 150 dərəcə istiliyə və -272 dərəcə soyuğa davam gətirə bilən su ayılarının, təqribən 100- 520 milyon il yaşadığı güman edilir.
Ərincəklilər və ya kiçik su ayıları (lat. Tardigrada) — onurğasız heyvanlar tipidir, buğumayaqlılara çox bənzəyir. Dağlardan okean diblərinə qədər müxtəlif mühitlərdə 900-dən çox növü yaşayan mikroskopik canlıdır. Suda yaşayır, 8 ayağı olan mikroskopik, eukariot canlıdır. Su ayılarının genomu təxminən 75 - 800 DNT meqaəsas cütlüyündən ibarətdir.
İlk dəfə 1773-cü ildə alman pastoru Johan August Ephraim Goeze tərəfindən kleiner Wasserbär (kiçik su ayısı) kimi təsnif edilmişdir. 1777-ci ildə italyan alim Ladzaro Spallanzani ona il tardigrado adını vermişdir, 1840-cı ildən isə latın dilində Tardigrada kimi bəhs edilir.
Bu maraqlı canlılara verilən başqa bir ad olan "Su ayısı" isə hərəkətlərinin ayı yerişini xatırlatmasından qaynaqlanır. Su ayılarının ən böyükləri 1.5 mm uzunluğa çata bilər. Yumurtadan yeni çıxmış bir su ayısı sürfəsinin ölçüsü isə 0.05 mm-dən də kiçik ola bilər.
Ərincəklilər metabolizmlərini müvəqqəti dayandırmaq və "cryptobiosis" ("kriptobioz" - bütün həyati funksiyalarını dayandırma) vəziyyətinə girə bilən bir canlıdır. İllərlə dehidrasiya (susuzlaşdırılmış) vəziyyətində sağ qalır. (Onlar əlverişsiz mühitdə bədənlərindəki süyun böyük hissəsini xaric edib büzüşürlər, əlverişli şəraitdə yenidən canlanırlar). Onların bu vəziyyətində metobolizm səviyyəsi normanın 0.01%-dən az, tərkibindəki su isə 1%-ə qədər enə bilir. Belə davamlılıq qabiliyyəti onların membranlarını qoruyan karbohidrat-treqalozanın (trehalose) yüksək səviyyəsindən asılıdır.
Su ayılarının davam gətirə bildiyi ekstremal şərait:
Temperatur - Su ayıları 151 °C-də (424 K) bir neçə dəqiqə ərzində yaşaya bilər . -200 °Cdə (70 K) günlərlə və ya -272 °C-də bir neçə dəqiqə soyuqda sağ qalır.
Təzyiq – onlar çox aşağı təzyiqlərdə (vakuuma yaxın) və yüksək təzyiqlərə tab gətirirlər (1200 atmosfer təzyiqi, hətta okean dərinliklərində 6000 atmosfer təzyiqinə tab gətirirlər). Aşkar olunub ki, o, açıq kosmosun vakuum şəraitində ən azı 10 gün yaşaya bilər.
Dehidrasiya – su ayıları susuzlaşdırılmış şəraitdə təxminən on il yaşaya bilərlər.
Radiasiya – su ayısı 5000 Gy (qamma şüalar) dozaya qarşı tab gətirir (5-10 Gy insan üçün ölümcül ola bilər).
Su ayıları 2007-ci il sentyabr ayında kosmosa göndərilən Avropa Kosmos Agentliyinin FOTON-M3 adlı kosmik gəmisinə yerləşdirildi və kosmosun sərt şəraitinin təsirinə məruz qoyuldu. Kosmik gəmi qayıtdıqdan sonra tədqiq edilən nümunələrin çoxunun həddindən artıq istilik və oksigensiz mühitdən zərər çəkmədikləri, bəzi fərdlərin isə ölümcül səviyyədəki ultrabənövşəyi şüalardın təsirindən sağ qaldıqları və törəməyə davam etdikləri aydınlaşdı. Mövzu haqqında araşdırmalarını nəşr etdirən Kristianstad Universitetində Dosent olan Ingemar Jönsson faktların arasında ən maraqlı olanının bu canlıların radiasiyaya olan müqaviməti olduğunu ifadə etmişdir.