“The Guardian” Eldar Mahmudovdan yazdı

Britaniyanın məşhur “The Guardian” qəzeti millit təhlükəsizlik naziri Eldar Mahmudovun vəzifədən uzaqlaşdırılmasından yazıb. Qəzet prezidentin sərəncamına müxalif liderlərdən də münasibət öyrənib:
“Azərbaycan Respublikasının prezidenti İlham Əliyev həftənin şənbə günü ən qüdrətli nazirlərdən biri hesab olunan milli təhlükəsizlik naziri Eldar Mahmudovu gözlənilmədən vəzifəsindən azad edib. Sərt avtoritar rejimin mövcud olduğu Azərbaycanda, bu tipli qərarlar daima cəmiyyət üçün gözlənilməz olur. Müxalif siyasətçilər də belə sürpriz qərarların siyasi sistemin şəffaf olmamasını sübut etdiyini bildirirlər. İlham Əliyevin imzaladığı sərancamda, heç bir izahat verilmədən nazir Eldar Mahmudovun vəzifədən azad olunduğu bildirilir. Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli baş vermiş hadisə ilə bağlı əməkdaşımızın sualına cavab olaraq bildirib:
“Azərbaycanda avtoritar rejim mövcud olduğundan dövlət başçısı qəbul etdiyi qərarlarla bağlı cəmiyyətə izahat verməyi özünə borc bilmir”.
Azərbaycanın müxalif siyasətçisilərindən olan İsa Qəmbər isə hadisəyə belə münasibət bildirib:
“Eldar Mahmudovun heç bir izahat verilmədən vəzifəsindən azad edilməsi, siyasi idarəçilikdə şəffaflığın olmamasını bir daha sübut etdi”.
azadliq.info