“The Guardian”: “Böyük Britaniya müdafiə nazirinin başına hava gəlib...”

Baxış sayı:
2158

Böyük Britaniyanın müdafiə naziri Gevin Uilyamsonun dövlətin “qlobal gücünü artırması” və “sərt hakimiyyət” barədə sözləri ölkəsində tənqidlərə səbəb olub.
“The Guardian” qəzetinin icmalçısı Saymon Ceninks isə onun gerçəklikdən uzaq yaşadığını bildirib.
Qeyd olunur ki, Uilyamson həmin çıxışını Krallığın Birləşmiş müdafiə araşdırmaları institutunda bu həftənin bazar günü edib.
Yazar S.Cenniksin fikrincə, Gevin Uilyamson bu cür sərt mesajlarla əslində hazırda kreslosu laxlayan baş nazir Tereza Meyin yerinə keçmək istədiyini büruzə verir. 
Müdafiə nazirinin nitqində Böyük Britaniyanın yeni “HMS Queen Elizabeth” aviadaşıyıcı gəmisini buraxmaqla, habelə yeni hərbi bazalar tikməklə Çini qorxudacaqlarını söyləməsi ayrıca istehza mənbəyinə çevrilib.
“The Guardian”ın yazarı Gevin Uilyamsonun beyninin onu özbaşına olaraq tərk etdiyini və reallıqla əlaqəni itirdiyini düşünür: “Bu Uilyamson torilərin (Böyük Britaniyada mühafizəkarlara qoyulan ad) lider olmaq arzusundan başqa nə fikirləşir, görəsən...”
Yazıda Böyük Britaniyanın hərbi büdcəsinin 7 milyard dollar olduğu xatırladılaraq, Çinin həmin aviadaşıyıcını bir saatın içində batıra biləcəyi qeyd olunub.
“Yeni hərbi bazalar isə bizə milyardlara başa gəlib, üstəlik, terrorçular üçün “dəvətə” çevriləcək”, - deyə məqalənin sonunda bildirilib./musavat