​GUAM xarici işlər nazirləri Tbilisi Bəyannaməsi imzaladılar

Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna xarici işlər nazirləri Elmar Məmmədyarov, Mixeil Canelidze, Andrey Qalbur və Pavlo Klimkin Tbilisidə GUAM-ın 20 illiyinə həsr olunmuş görüşün yekununda birgə Bəyannamə imzalayıblar.
Bəyannamədə GUAM təşkilatının gələcək inkişaf perspektivləri öz əksini tapıb.
 
***12:21
 
Tbilisidə GUAM-ın təsis edilməsinin 20 illiyinə həsr olunan təşkilata üzv ölkələrin Xarici İşlər Nazirləri Şurasının iclası başlayıb.
Yerli KİV-lər xəbər verir ki, Azərbaycan, Gürcüstan, Ukrayna və Moldovanın xarici işlər nazirləri Elmar Məmmədyarov, Mixeil Canelidze, Pavlo Klimkin, Andrey Qalbur və GUAM-ın baş katibi Altay Əfəndiyev GUAM çərçivəsində əməkdaşlıq və təşkilatın gələcək inkişaf perspektivləri barədə müzakirələr aparırlar.
Nazirlər görüşdən soran mətbuat üçün birgə bəyanatla çıxış edəcəklər.