​GUAM PA: Azərbaycanda seçki demokratik keçdi

Baxış sayı:
3049

GUAM-ın Parlament Assambleyasının müşahidə missiyası Azərbaycanda prezident seçkilərinin yekunları ilə bağlı mətbuat konfransı keçirib.
Mətbuat konfransında çıxış edən təşkilatın Gürcüstan parlamenti heyətinin rəhbəri Georgi Mosidze Bakı, Sumqayıt və Xızıda müşahidə apardıqlarını deyib.
Onun sözlərinə görə, seçki sağlam rəqabət şəraitində, demokratik şəkildə keçib: “Deyə bilərəm ki, seçkiləri müşahidə zamanı ciddi qanun pozuntusu qeydə almadıq. Olduğumuz məntəqələrdə seçici fəallığı var idi. Seçki sağlam rəqabət şəraitində keçdi. Mərkəzi Seçki Komissiyasının bu sahədəki fəaliyyətini yüksək qiymətləndirirəm”.
Assambleyanın müşahidə missiyasının üzvü Oleq Medonidsa da seçkilərin şəffaf şəkildə keçirildiyini deyib, prosesin uğurla başa çatdığını əlavə edib.