Gərginlik: Hindistan tank raketini sınaqdan keçirdi

Baxış sayı:
21613

Hindistan öz imkanları ilə inkişaf etdirdiyi tank əleyhinə daşınabilən MPATGM raketini uğurla sınaqdan keçirib.
Muxalifet.az xəbər verir ki, bu barədə Hindistan Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik sınağın cümə axşamı günü baş tutduğunu bildirib.
Raketin kütləvi istehsalının 2021-ci ildə başlayacağı bildirilib.
Qeyd edək ki, Hindistan Müdafiə Nazirliyi 2017-ci ilin sonlarında İsrailin silah şirkəti ilə 500 milyon dollarlıq tank əleyhinə raket sistem ilə bağlı razılaşmanı ləğv edib. Bunun əvəzinə yerli imkanlarla daşınabilən tank əleyhinə raketlərini inkişaf etdirməyə başlayıb.