Gərginlik artır: Addım-addım müharibəyə doğru...

Baxış sayı:
7225

Son 30 ildə müharibə, işğal və terrorla məhv edilmiş İraq, ABŞ-İran münaqişəsində də ön cəbhədir. İran Haşdi Şabinin milislərinə ABŞ hədəflərinə hücum hazırlamağa əmr edib. Vaşinqton İraqdakı diplomatik nümayəndələrini boşaldıb və ABŞ vətəndaşlarını ölkəni tərk etmələrini istəyib. Amerika Bəsrə Körfəzinə təyyarə daşıyan gəmi və nüvə bombası daşıma qabiliyyətli B-52 bombardmançıları ilə birlikdə 120 min qoşun göndərmək qərarına gəldikdən sonra bölgədə hərəkətlilik davam edir. ABŞ-dan gəmi göndərmə qərarı ilə yanaşı, Suriyanın Deyrizor şəhərində İran dəstəkli konvoyu daşıyan milisləri vurub. Sonra Bağdaddakı vətəndaşlarını İraqı tərk etməyə çağırıb. İran əl-Haşd əl Sabi milislərinə Amerika qoşunlarına hücum etməyə hazır olmalarını əmr edib. Bütün bu hadisələr regiondakı gərginliyi zirvəyə daşıyıb. İraq təqaüddə olan generalı Qalib Salihin sözlərinə görə, bütün bunlar müharibə hazırlığıdır. ÖN CƏBHƏ İRAQ və SURİYA OLACAQ Saleh ABŞ və İran arasında ilk qarşıdurmaların Suriya və İraqda yaşanacağını söyləyib. Əl-Haşd əl-Şabi Mosul əməliyyat komandanlığının komandiri Rəşvan əl-Qənimi İraqdakı bütün ABŞ hərbi nöqtələrinə hücum etmək üçün hərbi güc və silahlara sahib olduğunu söyləyib. İsmini elan etməyən Əl-Haşdi Şabi generalı, Haşdi Şabi qüvvələrinin komandir müavini Əbu Həzrəti əl-Xari əl-Mühəndisin "döyüşə hazır olmaq" əmrini verdiyi deyib. “Yeni Şafak” qəzetinə açıqlama verən Haşdi Şabinin komandiri Al-Mühəndislə görüşdə, ABŞ-ın İraqdan birdəfəlik çıxarılmasına and içdiklərini bildirib. 200 min əsgərimiz var! ABŞ-la giriləcək müharibəyə hazır olduqlarını deyən Haşdi Şabinin komandiri “Bizim 130 min əsgərimiz var. Bu say Suriya ilə birlikdə 200 minlik bir gücdür və bu qədər qüvvə kiçik sayıla bilməz. ABŞ-dan 24 kritik baza Suriya Ordusundan müxalifət qüvvələrinə qoşulan polkovnik İmad Səid ABŞ-ın əsas hədəfinin İran sərhədləri xaricindəki güc mərkəzləri olacağını proqnozlaşdırıb. ABŞ-ın İraqda 9 bazası olmasına baxmayaraq Suriyanın şimal və şərq bölgələrindəki 24 kritik nöqtədə baza qurduğunu söyləyib. Səid ABŞ-ın PKK-nı Suriyada istifadə edəcəyini söyləyib. İRAN AXVAZDA 20 MİN MİLİSƏ TƏLİM VERDİ İranlı aktivist Elyar Makuyi İranın Ahvaz, Kirmanşah, Təbriz və Kürdistan bölgələrində üç xüsusi təlim düşərgəsini qurduğunu və 20 mindən çox milisə təlim verdiyini, Bəlucistanda və Xuzistanda da sıx təhlükəsizlik tədbirləri aldığını deyib. Müxalifət.az