Gərginlik: 7 fransız təyyarəsi təcili eniş etdi

Baxış sayı:
4282

Hind okeanında uçan “Dassault Rafale” tipli 7 fransız təyyarəsi kəskin hava şəraiti səbəbindən İndoneziyanın Sumatra adasına təcili eniş edib. Muxalifet.az xəbər verir ki, təlim uçuşu həyata keçirən təyyarələr yanacağın da azalması ilə Sumatra adasından 120 kilometr məsafədəki gəmiyə qayıtmaqdan imtina edərək adaya müraciət edib. İndoneziyanın Hərbi Hava Qüvvələri tərəfindən texniki baxışları həyata keçirilən təyyarələrin hava şəraitinin düzəlməsindən sonra gəmiyə qayıdacağı qeyd edilib.