​Gərgin oyun: “Sumqayıt” “Neftçi” ilə bacarmadı

Topaz Premyer Liqasının 10-cu turunda “Neftçi” “Sumqayıt”ı məğlub edib.
Muxalifet.az xəbər verir ki, oyunda hesabı Mirabdulla Abassov açıb. “Sumqayıt” 38-ci dəqiqədə Tural Axundovun 11 metrlik cərimə zərbəsindən vurduğu qolla hesabı bərabərləşdirib.
Oyunun sonlarında, 88-ci dəqiqədə isə Rəhman Hacıyev topu “Sumqayıt”ın qapısından keçirərək, yekun nəticəni müəyyən edib: 2:1.
Hazırda 13 xalı olan hər iki komanda 4-cü, 5-ci yerləri bölüşdürürlər.