“Əgər seçilsəm, Türkiyə ilə bütün əlaqələri kəsəcəyəm”

Baxış sayı:
5467

Xristian Sosial Birlik (CSU) partiyasından Manfred Weber may ayında keçiriləcək seçkilərdə Avropa Komissiyası başçılığına seçildiyi təqdirdə Türkiyənin Avropa Birliyinə üzv olma müzakirələrini sonlandıracağını söyləyib. Türkiyə ilə tərəfdaşlığın əhəmiyyətli olduğunu vurğulayan Weber, tam üzvlüyün söz mövzusu ola bilməyəcəyini ifadə edib.
 
Qeyd edək ki, Avropa Parlamentində ən böyük qrup olan mühafizəkar Avropa Xalq Partiyasının namizədi Manfred Weber, may ayında keçiriləcək parlament seçkilərində boşalacaq olan Jean-Claude Junkerin rəhbərlik etdiyi Avropa Komissiyasının sədri vəzifəsi üçün yarışacaq.
Müxalifət.az