“Əgər ərəb cihad eləmirsə, deməli, başı “avtoşluğa” qarışıb...”

Baxış sayı:
2668

Azərbaycanda “avtoxuliqanlıq” , yaxud xalq arasında “avtoşluq” kimi tövsif olunan əməl-avtomobilin sükanı arxasına keçib küçələrdə “hoqqa çıxarmaq”,  son vaxtlar dəbdə olan ifadə ilə desək driftlə məşğul olmaq çoxdandır ərəblərin də sevimli məşğuliyyətidir. Virtualaz.org qeyd edir ki, bu əyləncə ilə son vaxtlara qədər adətən varlı ərəblərin məşğul olduğu barədə təsəvvür mövcud idi. Lakin son vaxtlar bu əyləncə daha çox orta təbəqə, hətta kasıb (neftlə zəngin ərəb ölkələrində belələri də tapılır) üçün cəlbedicidir. Varlı ərəblər isə özlərinə daha sanballı əyləncə tapıblar-alkaqol və slavyan mənşəli gözəlçələr.
Lenta.ru araşdırıb ki, Ərəb yarımadasında və Şimali Afrikada driftlə məşğul olanlar, yaxud avtomobillə küçədə hoqqa çıxaranlar özlərini “mufahhitunlar” (təxmini mənası çevik, yerindən qəfil şığıyandır) adlandırırlar. Orta statistik ərəb gənci öz avtomobilinin, yaxud qohumlarından “fırlanmaq üçün” aldıqları avtomobilin sükanı arxasına keçib maksimal sürət yığır və qəfildən əyləci basır. Sonrası necə olacaq, Allah bilir. Maşın ya yoldan çıxıb aşacaq, yaxud bu hoqqaya tamaşa edənləri əzəcək, ya da sürücü yüksək pilotaj nümayiş etdirə bilsə yerində bir neçə dəfə fırlanacaq. Bu zaman ərəb əlini pəncərədən çıxarıb yelləyə bilsə lap əla, daha çox rəğbət qazana bilər. Maşın qarışıq aşıb sonra aşmış maşından salamat çıxa bilsə bu artıq ayrı aləmdir. 
Bu əyləncə əslində 20 il qabaq varlı ərəblərin sevimlisi idi. Lakin indi onlar özlərinə bu dəbdən düşmüş əyləncəni rəva görmürlər, mariginal sayırlar, əsasən Birləşmiş Ərəb Əmirliklərində və Avropa ölkələrində varlı ərəblərin törəmələri gen-bol alkoqoldan içib slavyan qızların ağuşunda, qapalı məkanlarda əylənirlər. Driftdə isə əsasən orta təbəqənin nümayəndələri iştirak edir. Təsadüfi deyil ki, son illər sosial şəbəkələrdə yayılan drfit videolarında bahalı idman avtomobilləri gözə dəymir.  “Mufahhitunlar” əsasən köhnə sedanların sükanları arxasında driftə çıxırlar.
“Ərəb gəncləri üçün məşğuliyyət seçimi çox məhduddur. Ya cihad, ya inqilab, ya da drift. İşsizlik, sosial yüksəliş perspektivlərinin və seksin yoxluğu bu cür kədərli mənzərə yaradıb. Vəhhabilik nigaha qədər seksi qadağan edir, buna görə sərt cəzalar nəzərdə tutulur. Əvəzində ucuz narkotik boldur. Ərəb gəncləri ucuz narkotikə oturur, beyinləri korlanır və belələri nə desən edər. Əgər ərəb döyüşmürsə və üsyan etmirsə deməli başı driftə qarışıb”-Səudiyyə Ərəbistanında yaşayan və bu ölkədəki mühiti yaxşı bilən mənbə deyib.
Bu ölkədə narkotik alverinə və istifadəsinə görə sərt cəza, hətta edam nəzərdə tutulsa da tonlarla ucuz amfetamin maddəsi-kaptaqon ölkəyə daşınır. Əsasən Sudan və Yəməndən. Kaptaqonun istifadəçiləri nisbtən kasıb səudiyyəli gənclərdir. Bu narkotik maddə həm də “mufahhitunlar” üçün dopinq rolunu oynayır. Lakin son vaxtlar Səudiyyə Daxili İşlər Nazirliyi və əks-kəşfiyyatı kaptaqon alverinə qarşı bütün imkanları səfərbər edib. Bu da vəziyyətin getdikcə təhlükəli xarakter alması ilə bağlıdır.
 
Son vaxtlar hakimiyyət driftinqlə mübarizəni də sərtləşdirib. 2016-cı ildə driftə görə cərimələr 20 dəfə artırılıb. Belə əmələ görə birinci dəfə tutulanlar 500 dollar cərimələnir, avtomobilinə 15 sutka həbs qoyulur. İkinci dəfə tutulanlar isə 1000 dollar cərimə ödəməlidir. Lakin drift zamanı qəza baş versə və ölən olsa məsələ qəlizləşəcək, bu zaman hətta edam cəzası mümkündür. Ötən il bir neçə “mufahhitun” edam edilib.
Bununla belə situasiya ilə tanış olan mənbələr deyirlər ki, son vaxtlar Səudiyyə Ərəbistanında, Ər-Riyadda driftinq dalğası səngiyir. Hazırda paytaxtda belə hallar azalıb, “mufahhitunlar” daha çox Cidddədə fəaldır. (Virtualaz.org)