“Əgər hansısa gömrük məmuru haqda rüşvət iddiası varsa...” – Səfər Mehdiyev

Baxış sayı:
10834

“Son dövrlərdə gömrükdəki bəzi neqativ halları ictimailəşdirməklə, hətta sosial şəbəkələrdə bizə təzyiq vasitəsi kimi istifadə etməyə cəhd edirlər. Amma onlar bizi ruhlandırır”. Bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Real TV-yə müsahibəsində deyib. O, bildirib ki, əgər neqativ hallar varsa, məsələnin həlini məhkəmələrdən almaq olar, nəinki sosial şəbəkələrdən: “Əgər hər hansı gömrük məmuru ilə bağlı xoşagəlməz hadisə və yaxud rüşvət, korrupsiya ilə bağlı iddiası varsa, buyurub məhkəmələrə müraciət edə bilərlər. Biz də onlara tam dəstək verəcəyik. Bizim işimiz budur, şəffaflığı təmin etmək, bu sistemə, bu dövlətə xidmət etmək”./“Yeni Sabah”/