“Əgər general Hafter 6 Türkü buraxmasaydı...” – Yəhya Bostan yazdı

Baxış sayı:
4696

Türkiyənin tanınmış qəzet yazarı Yəhya Bostan bu günki ‘Liviyadakı 6 Türk necə xilas oldu' başlıqlı yazısında maraqlı məlumatlar paylaşıb.
 
"Türk vətəndaşları azad edilməsəydi general Hafterin havadan və dənizdən vurulacağını düşünürəm. Bu istiqamətdə hazırlıq görüldüyünü öyrəndim" deyən Yəhya Bostanın yazısı belədir:
“Bölgəni zəhərləyən bir neçə aktyor var. Tehranın təhrikedici, agressiv siyasətləri, Əsəd rejiminə şərtsiz dəstəyi nümunələrdən biridir. Şam rejimi Türk müşahidə nöqtəsinə hücum edib, əsgərimizi şəhid edirsə, Əsədin yanında dayanan Tehranın, xüsusilə, ABŞ ilə boğaz boğaza gəlmişkən, papağını qabağına qoyub bir düşünməsi lazımdır.
Yalnız İranmı? Körfəz ölkələri, başda Birləşmiş Ərəb Əmrlikləri (BƏƏ) olmaqla, ehtiraslı və təhrikedici siyasətləriylə bölgəni atəş çevrəsinə çevirirlər. Bu mənada, Körfəzdə başlayan, Misirə uzanan, indi də metastaz edərək Liviyaya sıçrayan zəhərli bir proseslə üz-üzəyik.
Liviyada nə baş verir? General Xəlifə Hafterə bağlı güclər Liviyanın BMT tərəfindən tanınan qanuni Serrac hökumətini hədəf alırlar. Arxalarında ciddi bir dəstək də var. BƏƏ, Səudiyyə Ərəbistanı, qismən Fransa və Rusiya Hafter güclərini dəstəkləyir. ABŞ-ın konkret bir dəstəyi yoxdur, ancaq olan bitənə səs çıxarmaması Hafter tərəfindən bir dəstək olaraq şərh olunur. Və üsyançı güclərin iştahını qabardır.
Hafter gücləri kənardan aldığı silah, pul və siyasi dəstəklə sahədə əhəmiyyətli bir “qazanc” əldə etmişdi. Ölkənin az qala 95 faizini ələ keçərdikləri deyilirdi. Qanuni hökumət yıxılma nöqtəsinə gəlmişdi. Bundan sonra bir Lvibya heyəti Ankaraya gəldi. Müxtəlif təmaslarda oldu. İki ölkə arasında var olan təhlükəsizlik və müdafiə razılaşması Liviyanın tələbiylə aktuallaşdı. Bu tarixdən sonra Liviya sahəsində hadisələr fərqli bir istiqamətə axmağa başladı. Hafter gücləri geriləməyə, “qazandıqlarını” itirməyə başladı”.
Müxalifət.az