"Əgər bizə qarşı düşmənçilik olsa..." - Tramp İraqı HƏDƏLƏDİ

Baxış sayı:
3301

ABŞ prezidenti Donald Tramp İraq parlamentinin xarici qoşunların ölkədən çıxması ilə bağlı qərarına sərt reaksiya verib.

Muxalifet.az publika.az-a istinadən xəbər verir ki, ABŞ lideri İraqın dostcasına atmayacağı addımara sanksiya ilə cavab verəcəklərini deyib:

"Əgər bizə qarşı düşmənçilik olsa, onlar bizə qəbuledilməz görünən nə isə etsələr, İraqa qarşı sanksiyalar tətbiq edəcəyik".

Tramp əlavə edib ki, İraqdakı ABŞ hərbi bazasının tikintisi çox baha başa gəlib və bu bazanın dəyəri ödənilməsə, oranı tərk etmək mümkün deyil.