“Əgər belə olsaydı indi azərbaycanlılar Stepanakertdə (Xankəndi) çay içirdi...”

Baxış sayı:
24256

Ötən gün sentyabrın 17-də Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Yerevan məhkəməsində çıxışı zamanı “azərbaycanlıların Stepanakertdə (Xankəndi) çay içməsi” təhlükəsi haqda danışıb. Virtualaz.org xəbər verir ki, vəkillər Köçəryanın barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi haqda növbəti vəsadət qaldırıblar. Prokuror isə Köçəryanın qaçıb məhkəmədən yayına biləcəyini əsas gətirərək bu vəsadəti təmin etməyib.

Bu zaman Robert Köçəryan deyib: “Yəqin prokurorlara bunu başa düşmək çətindir ki, mən qaçıb gizlənən, istintaqdan yayınan adam deyiləm. Əgər belə olsaydı indi azərbaycanlılar Stepanakertdə (Xankəndi,-red) çay içirdilər”.

Köçəryanın bu sözlərinə Şuşanın işğalı əməliyyatına başçılıq etmiş general, “Komandos” ləqəbli Arkadi Ter-Tadevosyan münasibət bildirib. Onun dediklərini “şişirtmə” adlandırıb.

“Əlbətdə, axı Köçəryan ona xas manerada qələbədəki rolunu şişirdir. Bu qələbə ümumi işimizdir, ümumi kollektiv töhfədir. Köçəryan tək orada heç nəyi həll etməyib. Və heç kim həll etməyin, heç kim o vaxt təkbaşına qərar verməyib. Nəticədə o dünən məhkəmədə müharibədəki rolu barədə həmin sözləri deməməliydi”,-o bildirib.

Ter-Tadevosyana görə Köçəryanın “müəyyən xidmətləri” əlbətdə ki, var. Yəni “Qrad” atəşləri altında Xankəndində olmaq elə döyüş əməliyyatlarında iştirak kimidir. Ona görə də həmin günlər Qarabağda olanların hamısı bu və ya digər formada hərbi əməliyyatlarda iştirak etmiş sayılır.

“Köçəryanın belə bəyanatları onun indiki vəziyyətindən irəli gəlir. Hesab edirəm ki, belə bəyanatlar yolverilməz olsa da bu halda onu bağışlamaq olar”,-Ter-Tadevosyan əlavə edib.