Gözlər Tramp-Ərdoğan görüşməsində: Əsas gündəm "S-400 və YPG-yə dəstək” olacaq

Baxış sayı:
9391

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın 23 aprel ziyafətində yaxın zamanda ABŞ prezidenti Donald Tramp ilə görüşəcəyini açıqlamasından sonra gözlər Ərdoğan-Tramp görüşməsinə çevrildi.
 
İyun ayında Yaponiyada keçiriləcək G-20 zirvəsi ilə dekabr ayında Londonda keçiriləcək NATO liderlər sammitində bir araya gəlməsi planlaşdırılan iki liderin, bu sammitlər ərəfəsində də təkbətək görüşü gözlənilir. Ərdoğan-Tramp görüşünün tarixi hələ müəyyənləşməsə də Ərdoğanın gündəliyində bir çox başlıq yerləşir.
 Suriyanın şimalında yaradılması planlaşdırılan "təhlükəsiz bölgə”nin masada olacağı görüşdə, Münbiç və Fəratın şərqində yerləşən YPG/PYD-nin vəziyyətinin da gündəmə gələcəyi bildirilir. Ankaranın bu məsələdə prioritet tələbləri arasında PYD/YPG-yə verilən silahların geri yığılması, terror təşkilatının Münbiçdən çəkilərək regionun həqiqi sahiblərinə buraxılması yerləşir.
 ABŞ açıq bir şəkildə Türkiyəyə "S-400 almaqdan imtina et" mesajını verərkən, iqtisadi sanksiyalarla yanaşı, F-35 layihəsinin iştirakçısı Türkiyənin bu layihədən çıxarılmasını qeyd edir. Ankara isə S-400-lərdən geri addım atmayacağını açıqlayarkən, Tramp-Ərdoğan görüşündə bu məsələnin də gündəmə gəlməsi gözlənilir.
 Ankara-Vaşinqton xəttində təxminən üç ildir həll edilməyi gözləyən bir başqa problem isə FETÖ başçısının qaytarılmasıdır. Ötən il fevral ayında birgə işçi qrupları yaradılmışdı. Məlumat və sənədlər təqdim edilməsinə baxmayaraq ABŞ tərəfindən konkret bir addım atılmadı.
 Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması və Suriyaya aid Golan Təpələri qərarının gündəmə gəlməsi də gözlənilir ki, Ərdoğan bu addımlardan duyulan narahatlığını da Trampa çatdıracağı bildirilir.
Müxalifət.az