Gözlər oraya çevrildi: TÜRKİYƏ ƏMR VERƏRSƏ..

Baxış sayı:
3757

“Zeytun Budağı” hərəkatında iştirak edən Azad Suriya Ordusuna məxsus müxaliflər Afrin-Hələb arasında keçid nöqtəsi olan Tel Rifat qəsəbəsinə qarşı əməliyyat üçün hazır olduqlarını bildirib.
 
Türkiyənin əmr verdiyi halda hələ də terror təşkilatı PKK/YPG nəzarətindəki əraziləri alacaqlarını bildiriblər.ASO komandirlərinə görə, Tel Rifat girildiyi təqdirdə təmizlik işləri bir gün ərzində tamamlanacaq.
Afrində Türk bayrağı və ASO bayraqlarının yanında Türkmən bayraqları da dalğalandı. ASO birlikləri arasında Türkmən qruplar, PKK-ya qarşı əldə edilən qələbə nəticəsində binalara mavi ağ ay-ulduzlu bayraq sancaraq təbrik edib.
Müxalifət.az