Gözlənilər açıqlama gəldi: İSTEFA EDƏCƏYƏM

Baxış sayı:
4762

İngiltərədəki etimadsızlıq səsverməsindən öncə açıqlama verən baş nazir Teresa Mey “növbəti parlament seçkilərindən əvvəl istefa verəcəyəm” deyib.
 
Mühafizəkar Partiyanın daxilindəki sərt “Brexit” tərəfdarlarının təşkil etdiyi Avropa Tədqiqat Qrupunun (ERG) rəhbərliyi altında toplanan etimadsızlıq məktublarının sayının 48-i keçməsilə, bu gün İngiltərənin baş naziri Mey üçün etimad səsverməsinə gediləcək.
Anadolu Agentliyinin xəbərinə görə, Mey-in nüfuzu iyul ayında açıqladığı yeni “Brexit” münasibətindən sonra kabinetində baş verən istefalarla zəifləyib. İstefa verən 10 nazir arasında xarici işlər naziri, 2 Brexit naziri və əmək naziri də yer alıb.
Mey keçən il öz təşəbbüsü ilə gedilən ilkin seçkidə parlamentdəki tək başına iqtidar əksəriyyətini itirmişdi.
Bu gün keçiriləcək etimad səsverməsində deputatlar səslərini gizli istifadə edəcək. Bunun ictimaiyyət qarşısında Mey-ə dəstək açıqlayan bir çox millət vəkilinin də etimadsızlıq səsverməsinə dəstək verəcəkləri ifadə edilir.
Müxalifət.az