Gözlənilməz CANLANMA: Xalq ayaqlandı. Prezident iqamətgahı MÜHASİRƏYƏ ALINDI

Baxış sayı:
2536

Belqradda etirazçılar prezident Aleksandr Vuçiçin iqamətgahını mühasirəyə alıblar.
TASS-nın məlumatına görə, aksiya iştirakçıları iqamətgah boyunca canlı sipər yaradıblar.
Bildirilir ki, əraziyə minədək etirazçı yığışıb. Onlar prezidentin və hökumətin istefasını tələb edirlər. Həmçinin prezidentin binadan çıxıb onlara müraciət etməsini istəyirlər.
İnsident üzündən Belqradın mərkəzində avtomobil yolları bağlanıb.