Göygöldəki DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

Göygöldə baş verən cinayətin təfərrüatları məlum olub.
 
Yeni Qızılca kənd nümayəndəsi Sahil Babayevin Publika.az-a verdiyi məlumata görə, şübhəli şəxs həyat yoldaşının boğazını kəsib, daha sonra da qayınanasını öldürüb:
"Onlar əslində heç bizim kənddə qeydiyyatda deyillər. Gəncə şəhərində qeydiyyatdadılar. Əliyev Zaur kənddə rəngsaz işləyirdi. Sakit, ağıllı-başlı oğlan idi. Bu günə qədər kənddə heç kim ondan şikayət etməyib. Psixoloji problemləri olmayıb. Ailə münaqişəsi zəminində bıçaqla həyat yoldaşı Əliyeva Günelin boğazını kəsib, sonra da qayınanasını bıçaqlayıb. Xəstəxanaya çatdıra bilməyiblər. Hər ikisi təcili tibbi yardım maşınında dünyasını dəyişib. İki övladları var. Məndə olan məlumata görə, uşaqlar hazırda oğlanın anasının yanındadır. Hadisədən sonra Əliyev Zaur uşaqları anasına verib, özü də könüllü şəkildə Gəncə şəhər polisinə təslim olub".