Göygöldə yol idarəsinin əməkdaşı iş zamanı yıxılaraq ölüb

Ehtiyatsızlıqdan arxa yıxılaraq ağır kəllə beyin travması alıb
 
Yıxılaraq ağır xəsarət alan Göygöl rayon Yol İstismar idarəsinin işçisi xəstəxanada ölüb.
Göygöl rayon sakini, 1954-cü il təvəllüdlü Haıcyev Nürəddin Novruz oğlu iş zamanı ehtiyatsızlıqdan arxa yıxılaraq ağır kəllə beyin travması alıb. O, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Həkimlər tərəfindən tibbi yardım göstərildikdən sonra reanimasiya şöbəsinə yerləşdirilən N. Hacıyev orada ölüb.
Faktla bağlı araşdırma aparılır.