Göygöldə qətlə yetirilən ana və qızının kimliyi məlum olub - YENİLƏNİB-2

Göygöldə qətlə yetirilən ana və qızının kimliyi məlum olub. APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Yeni Qızılca kənd sakini Əliyev Zaur Adil oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı, 1989-cu il təvəllüdlü Əliyeva Günel Vilayət qızı və qayınanası həmdə xalası olan 1964-cü il təvəllüdlü Əliyeva Minayəni bıçaqlayaraq qətlə yetirib. Cinayəti törədən Z. Əliyev saxlanılıb.
Məlumata görə ailənin iki övladı var.
Faktla bağlı Göygöl Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

***
Göygöldə 2 qadının qətli ilə bağlı TƏFƏRRÜAT

Göygöldə iki qadının qətli ilə bağlı bəzi təfərrüatlar məlum olub.Öldürülən qadınların ana və qızı olduğu məlum olub.
Məlumata görə, Qızılca kənd sakini həyat yoldaşı və qayınanasını qətlə yetirib.
Qatil həm də mərhumun bacısı oğludur.
Zaur adlı şəxs qaynanasını və həyat yoldaşını öldürdükdən sonra hadisə yerindən qaçıb.
Onların iki azyaşlı övladları var.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları yerində istintaq-əməliyyat tədbirləri həyata keçirirlər.