Göygöldə qohumlar arasında dava - XƏSARƏT ALANLAR VAR

Baxış sayı:
3214

Göygöl şəhərində qohumlar arasında düşən dava 2 nəfərin xəsarət alması ilə nəticələnib.

Hadisə Göygöl şəhər Hacı Zeynalabdin Tağıyev küçəsində qeydə alınıb. 

Yaxın qohumlar arasında hələ ki, məlum olmayan səbəbdən dava olub. Nəticədə 2 nəfər - Şirin Mamayeva və Ələsgər Əliyev müxtəlif bədən xəsarətləri alıb. Onların hər ikisinin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Qeyd edək ki, qohumlar arasında əvvəllər də münaqişə baş verib.

Faktla bağlı araşdırmalara başlanılıb./Report