​Göygöldə ikimərtəbəli EV YANDI

Göygöl rayonunda yanğın faktı qeydə alınıb.
FHN-dən verilən məlumata görə, rayonun Sarısu kəndində ikimərtəbəli 6 otaq və aynabənddən ibarət evin 2-ci mərtəbəsində dam örtüyünün, aynabəndin və 3 otağın yanar konstruksiyaları 70 m2 sahədə yanıb. Məlumata görə, evin qalan hissəsini yanğından mühafizə etmək mümkün olub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb./trend/