​Göygöldə dəhşətli qəza: İKİ NƏFƏR ÖLDÜ

Baxış sayı:
523

Göygöl rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Report-un məlumatına görə, rayonun Mollacəmilli kəndi ərazisində yük maşınının aşması nəticəsində iki nəfər dünyasını dəyişib.
Onlardan biri hadisə yerində, digəri isə xəstəxanaya aparılan zaman ölüb. Daha bir nəfər xəsarət alıb.
Onların şəxsiyyətləri hələ ki, məlum deyil.