Göygöldə dəhşətli qətl: Qadının başını bədənindən ayırıblar

Göygöl rayonunda 2 qadın qətlə yetirilib.
 
Hadisə rayonun Qızılca kəndi ərazisində qeydə alınıb.
Belə ki, həmin kəndin sakinləri Təcili Tibbi Yardım Stansiyasına (TTSİ) zəng edərək iki naməlum şəxsin öldüyü barədə məlumat veriblər.
Hadisə yerinə gələn təcili tibbi yardımın əməkdaşları orada bir nəfərin başının bədənindən ayrıldığını, digərinin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə yaralandığını görüblər.
Təcili tibbi yardım briqadası hadisə yerinə gələrkən hələ həyatda olan yaralı qadın xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına məlumat verilib, əraziyə baxış keçirilib.