Göydən başına arvad düşdü və... - DƏHŞƏT + VİDEO

Baxış sayı:
4492

Moskvada intihar məqsədilə özünü binadan atan qadın küçədən keçən digər qadının başına düşüb. 
Muxalifet.az Rusiya mediasına istinadla xəbər verir ki, təzadlı və faciəvi olay oktyabrın 30-da paytaxtın “Xoroşo” ticarət mərkəzində baş verib. Alış-veriş edən 27 yaşlı qadının başına gözlənilmədən digər qadın düşüb. 
Əvvəlcə  mediada iki intihar edən qadın haqda məlumat yayılıb. Sonradan məlum olub ki, İrina adlı 42 yaşlı qadın ticarət mərkəzinin içərisində -3-cü mərtəbədən aşağıdakı Çulpan adlı 27 yaşlı başqa qadının üstünə yıxılıb. İrina ağır xəsarətlər alaraq xəstəxanada ölsə də, Çulpan yalnız başının yüngül zədələnməsi ilə canını qurtara bilib. 
Videodan binadan yıxılan qadının özünün eyvanın məhəccəri üzərinə çıxdığı görünsə də, onun bunu intihar məqsədilə edib-etmədiyi hələlik dəqiq bilinmir. Amma bəlli olur ki, hadisə zamanı nə ticarət mərkəzinin  yaxınlıqda olan mühafizəçisi, nə masa arxasında əyləşən insanlar, nə də həmin videonu lentə alan şəxslər qadının yıxılmasının qarşısını almağa cəhd edib. Əksinə, lentə alanlar laqeydcəsinə qadın haqda “o məhəccərin üzərinə uzanır, o dönür” kimi ifadələr işlədirlər.