Göyçayda zəncirvari QƏZA: İki “KamAZ” aşdı

Baxış sayı:
3061

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib. 

Unikal.org-un xəbərinə görə, bu gün saat 10:30 radələrində Göyçay-Ucar avtomobil yolunun Üngütlü kəndi ərazisindən keçən hissəsində “KamAZ” markalı iki yük avtomobili və 23-BX-371 dövlət nömrə nişanlı “VAZ 21011” markalı minik avtomobili toqquşub.

Nəticədə bir nəfər xəsarət alıb. Yük avtomobillərinin hər ikisi aşdığı üçün yolda nəqliyyatın hərəkəti məhdudlaşıb. 

Faktla bağlı araşdırma aparılır.