Göyçayda fermerlərin torpaq sahələri əllərindən alınır – BƏLƏDİYYƏ SƏDRİ VƏ ƏMLAK KOMİTƏSİNİN ŞÖBƏ RƏSİNİN ŞOK QANUNSUZLUĞU!

Baxış sayı:
3097

Göyçay rayonu Mirzəhüseynli kəndində yaşayan fermerlər -Əhmədov Habil Yaqub oğlu və Laçın rayonundan məcburi köçkün Hüseynov Qalib Talıb oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçilər yazır: “Bu şikayətimizdə yazıb aidiyyatı mərkzi orqanlara məlum edirik ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Ucar Ərazi Şöbəsinin rəisi Nizami Qasımov Göyçay rayonu Ərəbcəbirli bələdiyyəsinin sədri Səyyaf Səmədovla əlbir olub, korrupsiya şəbəkəsi yaradıb kənd sakinlərinə məxsus toxunulmaz ümumi örüş sahəsini kəndə aidiyatı olmayan şəxsə satmaq istəyirlər. Artıq buna görə Əmlak Məsələləri Dövlət Komitəsinin Ucar Ərazi Şöbəsinin rəisi Nizami Qasımov rüşvət alıb qanunsuzluğa yol verib. Belə ki, həmin ümumi örüş sahəsinin təyinatını dəyişdiriblər.Bu isə konkret cinayət əməlidir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin Ucar Ərazi Şöbəsinin rəisi Nizami Qasımovla Göyçay rayonu Ərəbcəbirli bələdiyyəsinin sədri Səyyaf Səmədo əlbir olub həyata keçiriblər. Qeyd edək ki, Ərəbcəbirli bələdiyyəsi , 1-ci Ərəbcəbirli, 2-ci Ərəbcəbirli, Şəhadət Qarabağlar və Mirzəhüsyni kəndlərini əhatə edir. Həmin sözügüdən 6 hektar torpağı Mirzəhüseynli kənd camaatının yeganə ümumi örüş sahəsidir. Bu torpaq sahəsinin 1 hektarını 2009-cu il tarixdə mən Əhmədov Habil Yaqub oğlu heyvandarlığın inkişaf etdirilməsi məqsədi ilə 15 illik icarəyə götürüb, bələdiyyə ilə qanunu qaydada müqavilə bağlamışam. Həmin tarixdən orada Laçın rayonundan məcburi köçkün düşmüş Hüseynov Qalib Talıb oğlu ilə ortaqlı xırda və iri buynuzlu heyvan saxlayırıq. İki ay əvvəl bələdiyyə sədri Səyyaf Səmədov mənə Habil Əhmədova pul təklif etdi ki, “sənə pul verim həmin torpaqdan çıx”. Mən buna razı olmadıqda bələdiyyə sədri Əmlak Məsələləri Dövlət Komitəsinin Ucar Ərazi Şöbəsinin rəisi Nizami Qasımovla əlbir olub, qanunsuz olaraq ümumi örüş torpaq sahəsinin təyinatını dəyişdirdilər. Ərəbcəbirli bələdiyyəsinin sədri Səyyaf Səmədovun mənə göndərdiyi 16 fevral 2019-cu il tarixli cavab məktubunda qeyd edir ki; “Sizin Ərəbcəbirli bələdiyyəsinə yazmış olduğunuz 06.02.2019-cu il tarixli ərizənizlə əlaqədar bildirik ki, sizə sabiq Mirzəhüseynli bələdiyyəsi tərəfindən icarə müqaviləsi ilə verilmiş hazırda istifadə etdiyniz 1.0 ha torpaq sahəsinin sənədlərini bələdiyyəyə təqdim etməyiniz xahiş olunur. İstifadə etdiyiniz 1.0 ha torpaq sahəsi ətrafında ümumi örüş torpaq sahəsinə aiddir. Həmin torpaq sahəsinin icarəyə verilməsi qanuna müvafiq deyildir”. Xahiş edirəm, diqqət edin, həmin bələdiyyə sədri Səyyaf Səmədov 02 dekabr 2019-cu il tarixdə mənə göndərdiyi cavab məktubunda isə qeyd edir ki, Hüseynov Habil Yaqub oğluna icarəyə verilmiş 1.0 ha torpaq sahəsinə dair ƏMDK DƏDRX-nin 16 saylı Ucar Ərazi Şöbəsindən çıxarış almasına etiraz etmirik. Həmin razılığı mənə verilməsi üçün bələdiyyə sədri Səyyaf Səmədov məndən 300 manat pul alıb. Bu konkret fakt bələdiyyə sədri Səyyaf Səmədovun rüşvətxor, saxtakar və yaramaz olduğunu tam subut edir. Sonradan mənə məlum olub ki, bələdiyyə sədri mənim qanunu qaydada icarəmdə olan torpaqda daxil olmaqla həmin sözügedən 6 hektar ümumi örüş sahəsinə ƏMDK DƏDRX-nin 16 saylı Ucar Ərazi Şöbəsindən çıxarış almışdır. Məqsəd isə, yuxarıda qeyd edilən kimi, mənim icarəmdə olan 1.0 hektar torpaq sahəsidə daxil olmaqla 6 ha ümumi örüş sahəsini küllü miqdarda pulun müqabilində özünü Göyçay rayon prokuroru Muxtar Eminovun qohumu kimi təqdim edən Məhi Nuriyev adlı kənd sakini olmayan imkanlı şəxsə verməkdir. Həttda Əmlak Məsələləri Dövlət Komitəsinin Ucar Ərazi Şöbəsinin rəisi Nizami Qasımov bu qanunsuzluğun həyata keçirilməsinə canfəşanlıq göstərib vəzifə saxtakarlığına yol vermişdir. Həmin 6 hektar ümumi örüş sahəsinə çıxarış verilmən zaman müayinə aktıda saxtakarlıqla tərib edilmişdir. Çünki həmin 6 hektar örüş sahəsinin 1 hektarının üzərində bizə məxsus mal-qara saxlamaq üçün taxtadan və qarşıdan quraşdırılmış tövlə var. Əgər ƏMDK DƏDRX-nin 16 saylı Ucar Ərazi Şöbəsinin əməkdaşları həmin torpağın üzərinə baxış keçirib müayinə aktı tərtib etsəydilər həmin tövləni görməli idilər ki, belə olan təqdirdə həmin torpağa reyestr çıxarış verilməsi qanuna müvafiq deyildir. Artıq bu faktda subut olunur ki, ƏMDK DƏDRX-nin 16 saylı Ucar Ərazi Şöbəsinin rəhbərlyidə cinayət əməlinə qol qoyublar. Buna görə artıq kənd sakinləri mərkəzi aidiyyatı orqanlara şikayətlər göndəriblər.Bundan xəbər tutan Əmlak Məsələləri Dövlət Komitəsinin Ucar Ərazi Şöbəsinin rəisi Nizami Qasımov şikayətçilərdən bir neçəsinə ərizədəki imzalarından imtina etdirməyə çalışır, onlara minnətçi göndərib ələ almaq istəyir. Biz eşitmişik ki, Nizami Qasımov Əmlak Məsələləri Dövlət Komitəsinin Ucar Ərazi Şöbəsinin əhatə etdiyi Ucar-Göyçay Zərdab və Kürdəmir rayonlarında ümumi örüş sahələrinin təyinatının qanunsuz dəyişdirilməsində bələdiyyələrlə əlbir olub çoxlusayda saxtakarlıqlara yol vermişdir.Əgər bu faktlar obyektiv araşdırılarsa Nizami Qasımovu və onunla əlbir olan bələdiyyə sədrləri cinayət məsuliyyətinə cəlb ediləcəklər. İndi isə Mirzəhüseynli kənd camaatının örüş yerini əlindən saxtakarlıqla alıb, bir nəfər imkanlı şəxsin icarəsinə vermək istəyirlər. Hətta həmin şəxs örüş yerini gecə vaxtı teknika ilə şumlatmaq istəsə də, qarşısı əhali tərəfindən alınmışdır. Nizami Qasımovun və Səyyaf Səmədovun şəxsi, maddi maraqlarına görə kənd sakinlərinin mal-qarasə aclıqdan tələf olacaq. Qeyd edək ki, həmin 6.0 hektar torpaq sahəsi elat yeridir ki, yayladan qışlağa gedən qoyun sürüləri oradan istıfadə edirlər. Biz mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən, Birinci vitse-prezident Mehriban xanım Əliyevadan, Baş Nazir cənab Əli Əsədovdan, Əmlak Məsələləri Dövlət Komitəsinin rəhbərliyindən, Vergilər Naziri cənab Mikayıl Cabbarovdan xahiş edirik, bizim şikayətimizi yerində iştirakımızla araşdırıb saxtakarlıq, qanusnuzluq etmiş Əmlak Məsələləri Dövlət Komitəsinin Ucar Ərazi Şöbəsinin rəisi Nizami Qasımovun və Göyçay rayonu Ərəbcəbirli bələdiyyəsinin sədri Səyyaf Səmədovun barəsidnə qanunu, ciddi tədbirlər görəsiniz”. Muxalifet.az Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.