​Göyçayda avtomobil yandı

Baxış sayı:
5281

Göyçay rayonunda yanğın hadisəsi baş verib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə Bakı-Şamaxı-Yevlax magistral yolun Göyçay şəhərinin Natavan küçəsindən keçən hissəsində qeydə alınıb.
Ucar rayon sakininə məxsus "VAZ-21099" markalı "61-BC-899" dövlət qeydiyyat nişanlı minik maşını yolun kənarında dayandığı yerdə anidən alovlanıb. Dərhal hadisə yerinə FHN-in Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.