Göyçayda ağır yol QƏZASI: 5 nəfər xəsarət aldı - FOTO

Baxış sayı:
8200

Göyçay rayonunda ağır yol-nqəliyyat hadisəsi baş verib.
Muxalifet.az report-a istinadən xəbər verir ki, hadisə Göyçay-Ucar yolunun 8-ci kilometrliyində,rayonun Mallışıxlı kəndi ərazisində baş verib.
Beləki,Göyçay rayon sakinləri Məğrur Piriyevin idarə etdiyi "Hyndai" və Asif İsmayılovun idarə etdiyi "Opel" markalı avtomobillər toqquşub. Zərbənin gücündən hər iki avtomobil idarəetmədən çıxaraq yolunkənarındakı su kanalına aşıb.
Nəticədə hər iki avtomobilin sürcüsü və avtomobillərdə olan 3 nəfər sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxansına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.