Göyçayda ağır qəza: maşını dirəyə vurdu, özü öldü, 2 kəndi işıqsız qoydu

Baxış sayı:
2279

Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın xəbərinə görə, hadisə ötən gecə rayonun Qarabaqqal kəndində qeydə alınıb. Kənd sakini 1984-cü il təvəllüdlü Xəlilov Anar Muxtar oğlu idarə etdiyi VAZ 2107 markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və avtomobil yoldan çıxaraq elektrik dirəyinə çırpılıb. Hadisə zamanı ağır bədən xəsarətləri alan A. Xəlilov dünyasını dəyişib. Avtomobilin çırpıldığı elektrik dirəyi aşıb, naqillər qırıldığı üçün iki kəndə elektrik verilişi dayanıb. Faktla bağlı araşdırma aparılır.