Göyçayda 78 yaşlı kişini oğlu bıçaqladı

Baxış sayı:
8687

Göyçayda 78 yaşlı kişi oğlu tərəfindən bıçaqlanıb.

Belə ki, Göyçay şəhər sakini, 1941-ci il təvəllüdlü  Aydın Məmmədov  müxtəlif  dərəcəli bıçaq xəsarətləri ilə, Göyçay rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

İlkin məlumatlara görə hadisə onun oğlu tərəfindən törədildiyi deyilir.

Faktla bağlı araşdırma aparılır.