Göyçaya güclü dolu yağıb - KƏNDLƏRƏ CİDDİ ZİYAN VURUB

Baxış sayı:
1088

Göyçay rayonuna dolu düşüb.

"Report" xəbər verir ki, rayonun Çərəkə kəndinə düşən dolu güclü külək və leysanla müşayiət olunub.

Sakinlərin sözlərinə görə, dolu nəticəsində kəndə elektrik enerjisinin verilməsi dayandırılıb. Təbii hadisə qısa müddət davam edib. Nəticədə taxıl sahələrinə və istixanalara ciddi ziyan dəyib.