Göyçay sakinlərinin İlham Əliyevdən xahişi – “UŞAQLAR MƏKƏTƏBƏ GEDİB-GƏLƏ BİLMİR...”

Göyçay rayonunun bir qrup sakini tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsi ilə Azərbaycan prezidenti İlham Əliyevə müraciət edən şikayətçilər yazırlar:
“Azərbaycan Respublikasının Ptezidenti cənab İlham Əliyevə müraciət edərək, xahiş edirik ki, Göyçay şəhəri Ziya Bünyatov və Əli Səmədli küçələrinin asfalt örtüyünün vurulmasına tapşırıq versin. Bu paralel olan iki küçənin asfalt örtüyü tamamilə dağılıb. Göyçay rayon rəhbərliyi hər dəfə söz versə də, asfalt vurdurmağa vəsait ayırmadı deyə, məcbur olub sakinləri öz maddi vəsaitimiz hesabına küçəyə çınqıl tökdürdük. Ancaq asfalt yoxdur deyə, çox narahatçılıqdı, yayda tozdan, qışda isə palçıqdan bu küçələrə girmək olmur.
Hər iki küçə Göyçay şəhərinin mərkəzində yerləşir. Uşaqlar yolsuzluqdan məktəbə gedib-gələ bilmirlər, çətinlik çəkirlər. Küçəyə avtomobil girəndə toz ərşə qalxır ki, bu da insanların sağlamlığına çox pis təsir edir.
Cənab Prezident!
Sizdən xahiş edirik ki, müraciətimizi nəzərə alıb Göyçay şəhəri Ziya Bünyatov və Əli Səmədli küçələrinə asfalt örtüyünün çəkilməsinə tapşırıq verəsiniz”.
Qeyd edək ki, müraciətə Göyçay rayonunun aşağıdakı sakinləri imza atıb:
1. Allahverdiyev İlqar Kamal oğlu
2.Nəsirov Şiraslan Nəsrəddin oğlu
3. Xəlilov Sahib Sabir oğlu
4.Əhmədov Nizami Yusif oğlu
5.Abdullayev Kamil Aydın oğlu
6.Cəbrayılov Əzməmməd Gülməmməd oğlu
7.Əhmədov Əlmirzə Bəyməmməd oğlu 
8.Xudaverdiyev Məhəmməd Əli oğlu
9.Əhmədov Xaqani Yusi oğlu
10.Baxışov Tapdıq Baxış oğlu
11.Həsənov Seyran Əmirəslan oğlu
12.Mahmudov Xəlil Cəlil oğlu
13.Ömərov Kamran Elşad oğlu
14.Əkbərov Zakir Nuru oğlu
Muxalifet.az