"Göyçay-Avtonəqliyyat" ASC-nin müdirindən PREZİDENTƏ ŞİKAYƏT

Göyçay rayon sakinləri tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Məktub müəllifləri "Göyçay-Avtonəqliyyat" ASC-nin direktoru Arif Əliyevdən şikayətçidirlər:
“Göyçay rayon icra başçsı Mehdi Səlimzadə hara baxır, bilmirik. Bu adam bir maraqlanmır ki, "Göyçay-Avtonəqliyyat" ASC-nin müdiri Arif Əliyev pul qazanmaq üçün Göyçay rayon sakinlərinin sağlamlıqlarını təhlükə altında qoyub, rahatlığını pozub. Olsun ki, Arif Əliyev qazandığı puldan onlara haqq verdiyi üçün ona “gözün üstə qaşın var deyən” yoxdur. "Göyçay-Avtonəqliyyat" ASC-nin direktoru həmin avtobazanı bazar edib. Həmin bazardan gündəlik yaxşı qazanc əldə etsə də, antisanitariya, şəraitsizlik, qışda palçıq, yayda toz-torpaqdan bazara girmək mümkün deyil. Tozun-palçığın içində qida məhsulları, kənd təsərrüfatı malları satılır. Biz sakinlər də məcburuq ki, alaq, uşaqlarımıza yedizdirək.
Göyçay rayon Gigiyena və Epidemologiya Mərkəzinin direktoru  "Göyçay-Avtonəqliyyat" ASC-də qanunsuz fəaliyyət göstərən bazardakı antisanitariyanın qarşısını almır, heç bir tədbir görmür. Hansı ki, bütün bu neqativ hallar göz önündədir. Arif Əliyev bu bazardan küllü miqdarda pul qazansa da, asfalt örtük çəkdirmir, köhnə piştaxtaları yığışdırmır, qida məhsullarının örtülü yerdə satılmasını təmin etmir, soyducu sistemi təşkil etmir. Bir-neçə gündür intensiv yağışlardan bazarda dəhşətli mənzərə yaranıb.Yağışdan əmələ gəlmiş gölməçələr iylənib, kanalizasiya işləmir, palçıq əlindən bazara girmək olmur. Bura nə bazar kimi bazar deyil, nədə avtobaza kimi heç nəyə yaramır.
İşləməyən, köhnə, yararsız avtobuslar bazara qarışıb. Elə bil ki,  "Göyçay-Avtonəqliyyat" ASC-nin direktoru Arif Əliyev insanların qəsdinə durub. Buna baxmayaraq, icra başçısı heç bir tədbir görmək istəmir. Buna görə də Arif Əliyev bildiyini edir.
Bəlkə də Azərbaycanda belə antisanitariya içində fəaliyyət göstərən, şəraitsiz ikinci bazar yoxdur.
Biz mətbuat vasitəsi ilə prezident İlham Əliyevə müraciət edirik. Cənab prezident, xahiş edirik ki, pul qazanmaq üçün "Göyçay-Avtonəqliyyat" ASC-ni bazara döndərib, antisanitariya şəraitində əhalinin sağlamlığını təhlükə altında qoyan "bazarkom" Arif Əliyevin barəsində tədbirlər görəsiniz”.
Qeyd edək ki, məktub aşağıda adları açıqlanan rayon sakinləri tərəfindən göndərilib:
Səmədova Vəcihə Firuddin qızı  
Feyzullayeva Durnisə Qüddəsər qızı
Vəliyeva Güllü Fərman qızı
Umudova Səmayə Çingiz qızı
Məmmədov Tahir Kamal oğlu
Süleymanov Bahadur Nurməmməd oğlu
İxtiyarov Neman Vəzir oğlu
Dadaşov Piralı Qulam oğlu
Yusifova Nərgiz Rafiq qızı
Nuriyev Oruc Cavad qızı
Əliyev Cavid Şahin oğlu

 

Muxalifet.az

Redaksiydan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.