​GORANBOYDA XÜSUSİ KARANTİN REJİMİ... - Rayona giriş-çıxış məhdudlaşdırılıb / Video, Fotolar

Baxış sayı:
2506

Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejimi ilə əlaqədar Goranboy rayon Polis Şöbəsinin əməkdaşları  gücləndirilmiş iş rejimində çalışırlar.
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan verilən məlumata görə, bundan başqa RPŞ-nin əməkdaşları rayon ərazisində vətəndaşlar ilə mütəmadi olaraq marifləndirici söhbətlər apararaq mümkün qədər evdə qalmağa səsləndirir. Yaşı 65-də yuxarı olan şəxslər müəyyən edildikdə isə polislər vətəndaşı evinə qədər müşaiət edərək bir daha evdən çıxmamaq barədə xəbərdarlıq edirlər. Görüllən bu tədbirlərlə bağlı vətəndaşlara bildirilib ki, onların sağlamlığının qorunması və virusun törədə biləcəyi digər fəsadların qarşısının alınmasıdır.

Muxalifet.az