​Goranboyda qadın sürücü qəza törətdi – ÖLƏN VƏ YARALANANLAR VAR - YENİLƏNİB

Goranboyda qadın sürücünün idarə etdiyi avtomobil aşması nəticəsində ölən və yaralanan şəxslərin kimliyi müəyyənləşdirilib.
APA-nın xəbərinə görə, ölən şəxs 1975-ci il təvəllüdlü Goranboyun Tapqaraqoyunlu sakini Hacıyeva Sahibə Cuma qızıdır. 
Xəsarət alanlar: sürücü, 1961- ci il təvəllüdlü Naftalan şəhər sakini Hüseynova Ceyhunə Nəriman qızı və sərnişinlər 1969- cu il təvəllüdlü Tapqaraqoyunlu sakini Qarayeva Günarə Ağaəli qızı və onun həmkəndlisi 1973-cü il təvəllüdlü Əmirova Arifə Tahir qızıdır. 
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.  
 
*** 22.12
 
Goranboyda qadın sürücünün idarə etdiyi avtomobil aşıb, 4 nəfər xəsarət alıb. Hadisə Goranboy-Tapqaraqoyunlu avtomobil yolunda qeydə alınıb.
Məlumata görə, Naftalan şəhərində yerləşən sanatoriyalardan birinin qadın rəhbəri öz işçilərini – 3 qadını evlərinə aparan zaman idarə etdiyi “Hyundai Santa Fe” markalı avtomobilinin qarşısına qoyun çıxıb. İdarəetmədən çıxan avtomobil yolun kənarına aşıb. Qəza zamanı müxtəlif xəsarətlər alan 4 qadın Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.
Yaralıların Gəncədə olan tibb müəssisələrdən birinə aparılması nəzərdə tutulub.
Ölən və xəsarət alanların kimliyi müəyyənləşdirilir.
Faktla bağlı Goranboy Rayon Polis Şöbəsində araşdırma aparılır.