Goranboyda pambıqçıları daşıyan AVTOBUS KÖRPÜDƏN AŞIB, XEYLİ YARALI VAR

Goranboyda avtobus körpüdən aşıb.
APA-nın Qərb bürosunun verdiyi məlumata görə, hadisə Bakı-Qazax magistral yolunun Goranboy rayonunun Nadirkəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Pambıq sahəsindən işçiləri daşıyan avtobus körpüdən çaya aşıb.
Xeyli yaralının olduğu bildirilir.
Xəsarət alanlardan 4-ü Goranboy Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.