Goranboyda avtomobil aşıb, ana və qızı yaralanıb

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
 
Bakı-Qazax magistral avtomobil yolunun Goranboy rayonu, Dəliməmmədli qəsəbəsindən keçən hissəsində "Toyota Land Cruiser” markalı avtomobilin sürücüsü idarəetməni itirib, nəticədə maşın yolun kənarına aşıb.
 Qəza zamanı qadın sürücü və maşındakı azyaşlı xəsarət alıblar. Xəsarət alanlar Gəncədəki xəstəxanalardan birinə aparılıb.
 Xəsarət alan şəxslərin adları məlum olub. Bunlar Şəmkir rayon sakini, onlar 1980-ci il təvəllüdlü Namazova Aygün Vidadi qızı və onun 10 yaşlı övladı Şahdağlı Sara Şahdağlıoruc qızıdır.
 Xəstəxanadan onların vəziyyətinin orta-ağır olduğu bildirilib.
Faktla bağlı araşdırma aparılır.